BANK

19 Aprel

Yelo Bank-ın rəhbəri: Yeni strategiyamızın bəhrəsini artıq görürük

Yeni strategiyamızın bəhrəsini artıq görürük

Fins.az xəbər verir ki, bunu  Yelo Bank-ın İdarə Heyətinin Sədri Anar Həsənov 1-ci rübün maliyyə nəticələrini şərh edərkən deyib 

O bildirib ki, Yeni strategiyamızın bəhrəsini artıq görürük. Bankın mənfəətə çıxması müştərilərimizin etibarı və güclü komandamızın birgə işinin nəticəsidir. Ölkə iqtisadiyyatındakı müsbət canlanma siqnalları biznes hədəflərimizin reallaşmasına əlavə təkan verir.

Bank rəhbəri hazırkı hədəflərə də toxunaraq "Hazırda əsas məqsədimiz pandemiya şəraitində müştərilərimizin gözlənti və ehtiyaclarını ən yüksək səviyyədə qarşılamaqdır. Başladığımız templə davam edərək 2021-ci ili uğurlu nəticələrlə yekunlaşdıracağımıza inanırıq”.-deyə qeyd edib . 

Müəllif: Aynur Qəniyeva