BANK

16 Aprel

Kapital Bank-ın nağd pul vəsaitləri ARTIB

“Kapital Bank” ASC 2021-ci ilin 1-ci rübünü 55 milyon 535 min manat xalis mənfəət ilə başa vurub.Bankın öhtəlikləri 4 909 490 min manat təşkil edib ki, ötən ilin müvafiq dövrü ilə müqaisədə 997,080 min manat çoxdur. Bankın gəlirləri və əməliyyat mənfəəti artıb. 

Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait 2 006 369 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqaisədə 1.023,432 min manat çoxdur. 

Maliyyə hesabatında qeyd olunur ki, , 2020-ci ilin 1-ci rübü ilə müqayisədə 2021-ci ilin 1-ci rübündə “Kapital Bankı”ın cəmi əməliyyat gəlirləri 15 milyon 597 min manat və ya 10% artaraq 170 milyon 526 min manat təşkil edib. Bank ötən ilin 1-ci rübündə 154 milyon 929 min manat əməliyyat gəlirləri əldə etmişdi. Bankın cəmi əməliyyat xərcləri isə 8 milyon 290 min manat artaraq 71 milyon 598 min manatdan 79 milyon 888 min manata yüksəlib. 

Müəllif:Aynur Qəniyeva