Türkiyə Mərkəzi Bankı (TCMB) cümə axşamı bir həftəlik repo faiz dərəcəsini proqnozlaşdırıldığı kimi 19%-də saxladı.Fins.az xəbər verir ki,qərarın açıqlanmasından sonra lirə ucuzlaşmağa başlayıb.
Qərardan sonra Dollar/TL məzənnəsi 8.03 səviyyələrindən 8.11 səviyyəsinədək yüksəlib (Türk Lirəsi ucuzlaşıb). Buna səbəb bazar iştirakçılarının Mərkəzi Bankın açıqlamasında "lazım olsa əlavə sərt tətbirlər görüləcək və sərt pul siyasəti uzun müddət qorunacaq" ifadələrini oxuya bilməməsidir.
Qeyd edək ki, Türkiyə iqtisadiyyatında sonuncu dəfə 13.4%, inflyasiya 16.2%-ə yüksəlmişdi.