Paşa Bankın hüquqi şəxslər və kiçik və orta sahibkarların bankla ünsiyyəti 92%-i rəqəmsal kanallar vasitəsi ilə həyata keçib
Fins.az xəbər verir ki, bunu Paşa Bankın baş İcraçı Direktoru Taleh Kazımov deyib.
O bildirib ki, Paşa Bank sistem əhəmiyyətli Azərbaycanın ən böyük kommersiya bankı olaraq əsasən real sektorun iştirakçılarına maliyyə xidmətləri göstərir 20-ci ilin nəticələrinə əsasən Ümumi Daxili Məhsulun 72 milyard olduğu təqdirdə Paşa Bankın müştərilərinin hesabları üzrə 42 milyard vəsait dövriyyə böyük rəqəmdir.
Taleh Kazımov bankın bu sahədə əldə etdiyi uğurlara da toxunaraq "Rəqəmsal tranformasiyaya qayıdaraq bu gün Paşa Bankın hüquqi şəxslər və kiçik və orta sahibkarların bankla ünsiyyəti 92%-i rəqəmsal kanallar vasitəsi ilə həyata keçib Kiçik və orta sahibkarlıq üzrə bu göstərici artıq 99,6%-dən çoxdur. 3 illik böyük iş nəticəsi olaraq kifayət qədər böyük nəticələr əldə etmişik"-deyə qeyd edib.
Müəllif:Aynur Qəniyeva
