BANK

14 Aprel

Zakir Nuriyev: Məsafədən bank hesabının açılması daha effektiv formada təşkil edilməlidir

Məsafədən bank hesabının açılması prosesi də daha effektiv formada təşkil edilməlidir

Fins.az xəbər verir ki, bunu  Azərbaycan Banklar Assosiasiyasının (ABA) yeni rəhbəri Zakir Nuriyev deyib 

O bildirib ki, statistik göstəricilərə nəzər salsaq ölkə daxilində ödəniş kartları ilə aparılan əməliyyatların 21%-i nəqsiz formada həyata keçirilib.2020-ci ilin nəticələrinə əsasən elektron ticarət dövriyyəsi 201-ci il ilə müqisədə 6 dəfə artaraq 2,7 milyard manata bərabər olub.

Assosasia rəhbəri bu sahədə həyata keçirilməli tədbirlərə də toxunaraq " Həyata keçirilən islahatlarla yanaşı innovativ beynəlxalq təcrübəyə uyğun rəqəmsal ekosistemin formalaşdırlması üçün bank-müştəri münasibətləri məsafədən formalaşmasını geniş mənada artırmaq,məsafədən bank hesabının açılması prosesi də daha effektiv formada təşkil edilməlidir."-deyə qeyd edib. 

Müəllif:Aynur Qəniyeva