“Moneygram” pul köçürmə sistemi ayrı-ayrı dövrlərdə Azərbaycan Respublikasının işğal altında olan ərazilərində qanunsuz olaraq fəaliyyət göstərmiş və bu fakt aşkar olunduğu andan etibarən milli qanunvericiliyə və beynəlxalq prinsiplərə müvafiq olaraq Azərbaycan Respublikasının ərazisində onun fəaliyyətinin dayandırılması istiqamətində adekvat tədbirlər həyata keçirililib
Fins.az xəbər verir ki,Mərkəzi Bank ölkə ərazisində maliyyə vasitəçiliyinin milli qanunvericilik çərçivəsində təmin olunması məqsədilə davamlı olaraq pul köçürmə sistemlərinin monitorinqini həyata keçirmiş və müvafiq tələblərə riayət etməyən qurumların (“Unistream”, “MİGOM”, “LEADER”, “Bıstraya Poçta”, “İnterexpress”, “RİA Money Transfer”, “İntelexpress”, “Sigue Money Transfer”) fəaliyyətinə qadağa qoyulub.