BANK

09 Aprel

İranın Azərbaycandakı bankı 2021-ə mənfəətlə başlayıb

"Bank Melli İran"Bakı filialı 2021-ci ilin 1-ci rübünü (yanvar-mart) 614 min 423 manat xalis mənfəət ilə başa vurub. Müqayisə üçün qeyd edək ki, "Bank Melli İran" Bakı filialı 2020-ci ilin 1-ci rübünü 234 min 172 manat xalis mənfəəət ilə bağlamışdı. Beləliklə, filialın xalis mənfəəti 2,6 dəfə artıb.

Fins.az  xəbər verir ki, ilk rübdə Bankın faiz gəlirləri 784 min 363 manat, xarici valyuta əməliyyatları üzrə gəlirləri 375 min 650 manat,  haqq və komissiya gəlirləri 35 min 37 manat təşkil edib. Ötən ilin eyni dövründə filialın faiz gəlirləri 655 min 656 manat, xarici valyuta əməliyyatları üzrə gəlirləri 127 min 274  manat,  haqq və komissiya gəlirləri 46 min 925 manat təşkil etmişdi.  

AKTİVLƏRİ 100 MİLYON MANATI KEÇİB

31 Mart 2021-ci il tarixində "Bank Melli İran" Bakı filialı 101 miylon 161 min  manat cəmi aktivlərə, o cümlədən 6 milyon 99 min  manat kredit portfelinə malik olub. Filial ötən ilin sonunda 93 milyon 699 min manat cəmi aktivlərə, o cümlədən 5 milyon 222 min manat kredit portfelinə malik idi. 

Bank Melli İran Bakı Filialının səhmdarı (100%) İran İslam Respublikasına məxsus “Bank Melli İran”dır.