BANK

09 Aprel

Tanınmış bank səhmdarlarına 5 milyon manatdan çox dividend ödəyib

2020-ci ildə “Unibank” ASC səhmdarlarına 5 082,9 min manat dividend ödəyib.

Bu barədə bankın maliyyə hesabatında bildirilir.

Sənədə əsasən, ödəniş sənədsiz, adlı, adi səhmlər üzrə həyata keçirilib.

Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 86,4%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.

“Report”