BANK

07 Aprel

Dünya Bankı yayda Azərbaycanın maliyyə sektorunun qiymətləndirilməsini başa çatdıracaq

Dünya Bankı (DB) yayda Azərbaycanın maliyyə sektorunun üçüncü qiymətləndirilməsini başa çatdıracaq.

Bunu DB-nin Bakı ofisinin rəhbəri Sara Maykl deyib.

“DB tərəfindən maliyyə sektorunun qiymətləndirilməsi Beynəlxalq Valyuta Fondu ilə birgə həyata keçirilir və hazırda bu işlər davam etdirilir. Dəqiq tarixləri deyə bilmərəm, ancaq məqsədimiz qiymətləndirməni yayda başa çatdırmaqdır”, - deyə o bildirib.

S.Maykl qeyd edib ki, qiymətləndirmənin nəticələri Azərbaycan hökumətinə təqdim ediləcək.

“Qiymətləndirmə bütövlükdə maliyyə sektorunu, mümkün riskləri nəzərdən keçirir, maliyyə sisteminin gücləndirilməsi üçün müxtəlif tədbirləri müəyyən edir. İşlər hələ davam edir”, - deyə o əlavə edib.

Xəbər verildiyi kimi, 2020-ci ilin iyun ayında Azərbaycan hökuməti DB və BVF-yə ölkənin maliyyə sektorunun (FSAP) yeni, üçüncü qiymətləndirilməsini həyata keçirməyi təklif edib. Hökumətdə vurğulayıblar ki, sonuncu qiymətləndirmədən beş il keçib və Azərbaycanın maliyyə sektorunda əhəmiyyətli dəyişikliklər baş verib.

BVF və DB tətəfindən Azərbaycanın maliyyə sektorunun birinci qiymətləndirilməsi 2003-cü ildə, ikinci qiymətləndirilməsi 2015-ci ildə həyata keçirilib.