BANK

07 Aprel

SoftBank-dan 2,8 milyard dollarlıq satınalma

Yaponiyanın telekommunikasiya xidmətləri şirkəti SoftBank Group Corp, mərkəzi ofisi Norveçdə olan robot texnologiyaları şirkəti AutoStore-ın səhmlərinin 40%-ni 2,8 milyard dollara satın almaq üçün razılaşıb.

Fins.az Financial Times-a istinadən xəbər verir ki, SoftBank, AutoStore-ın 40% səhmlərini şirkətin əksər hissələrinin sahibi TomasThomas H. Lee (THL) Partners və EQT Private Equity-nin də daxil olduğu digər sərmayəçilərlə əlaqəli fondlardan satın alacaq və robot texnologiyası şirkətinin cəmi dəyəri 7,7 milyard dollar olacaq.

1996-cı ildə qurulan AutoStore indiyədək 35 ölkəyə 20.000 robot tədarük edib və şirkətin böyük müştəriləri arasında Puma, Best Buy və Siemens də var.