BANK

06 Aprel

Azərbaycanda bu ilin sonunadək Applepay ödənişləri təmin olunacaq

2021-ci ilin sonunadək Applepay ödənişləri təmin olunacaq

Fins.az xəbər verir ki, bunu Mərkəzi Bankın direktoru Fərid Osmanov "Baku Transit Forum 2021: Smart City” forumunda deyib. 

O beynəlxalq ödəniş sistemlərinin ölkəmizdə fəaliyyətinin təmin olunması ilə bağlı suala cavab verərkən bildirib ki, böyük bazar iştirakçılarının da beynəlxalq iştirakçıların ölkəmizə gətirilməsi istiqamətində məhz Mərkəzi Bank  beynəlxalq kart təşkilatları ilə birgə sıx əməkdaşlıqdadır.Bu fəaliyyətə 2020-ci ildən biz artıq başlamışıq müvafiq rəsmi müraciətlərimiz,danışıqlarımız artıq baş verib.Burada adları çəkilən və çəkilməyən təşkilatlarla.

 Fərid Osmanov eyni zamanda Applepay -in ölkəmizdə fəaliyyəti barədə də açıqlama verərək "Bildirmək istərdik ki,cari ildə bir sıra banklarda, daha çox tokenizasiya təqdim edən banklarda bizim bugünki ödəniş infrostrukturumuzda 2021-ci ilin sonunadək Applepay ödənişləri təmin olunacaq.Bu istiqamətdə müvafiq banklar,beynəlxalq kart təşkilatları ilə aktiv olaraq fəaliyyət göstərməkdəyik."-deyə qeyd edib.

Müəllif: Aynur Qəniyeva