BANK

06 Aprel

Beynəlxalq Bankın rəsmisindən banklar qarşısında təmassız texnologiyalarla bağlı qoyulan hədəflər barədə AÇIQLAMA

Təmassız ödəniş kartları kifayət qədər genişlnmişdir.Dövriyyədə  yanvar 2021-ci il tarixinə 3,5milyon kart  təmassız ödəniş texnologiyasını dəstəkləyir ki,bu da ümumiyyətlə respublika üzrə emissiya edilmiş kartların təxminən 36%-ni təşkil edir

Fins.az xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev "Baku Transit Forum 2021: Smart City” forumunda deyib. 

O qeyd edib ki, Mərkəzi Bank tərəfindən mütamadi bu istiqamətdə banklarla görüşlər keçirilir birgə planlar çərçivəsində  yaxın iki il ərzində dövriyyədə olan bütn kartların təmassız ödəniş kartlarına keçirilməsi nəzərdə tutulub. Eyni zamanda ölkədə fəaliyyət göstərən POS terminal infrastrukturun da təmassız texnologiyaları tamamilə dəstəklənməsi imkanının yaradılması banklar qarşısında hədəf kimi qoyulub. 

Müəllif:Aynur Qəniyeva