BANK

06 Aprel

“Unibank”da yığıncaq keçiriləcək

Mayın 19-da, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

Yığıncaq bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində “Zoom” proqramı vasitəsi ilə məsafədən olacaq.

Yığıncağın gündəliyinə "Unibank"ın ötən il üzrə auditdən keçmiş maliyyə hesabatlarının təsdiq edilməsi, korporativ sənədlərinin qəbul olunması və idarəetmə orqanlarına dair məsələlər daxildir.