BANK

06 Aprel

Bakı-Sumqayıt sürət qatarında gediş haqqı təmassız kartlarla ödəniləcək-MƏRKƏZİ BANK RƏSMİSİNDƏN AÇIQLAMA

Hazırda həmin layihənin pilot layihəsi son sınaq istismarına verilmiş və sınaq prosesinin həyata keçirildikdən sonra real istismara verilməsi nəzərədə tutulub.

Bunu Mərkəzi Bankın direktoru Fərid Osmanov "Baku Transit Forum 2021: Smart City” forumunda deyib. 

O bildirib ki, Mərkəzi Bankın təşkilatçılığı ilə Azərbaycan Dəmir Yolları QSC və digər aidiyyəti qurumların dəstəyi ilə ölkənin Dəmir Yollarında gediş haların  təmassız bank kartları ilə ödənilməsi layihəsinin ilkin mərhələsi,pilot layihəsi reallaşdırılıb.

Fərid Osmanov layihənin istifadyə verilməsinə də aydınlıq gətirərək"Layihənin birinci mərhələsində dəmir yollarında Bakı-Sumqayıt hərəkət xətti üzrə  iki stansiyada gediş haqqının təmassız bank kartları ilə ödənilməsi imkanı yaradılıb.Hazırda həmin layihənin pilot layihəsi son sınaq istismarına verilmiş və sınaq prosesinin həyata keçirildikdən sonra real istismara verilməsi nəzərədə tutulub."-deyə qeyd edib 

Müəllif: Aynur Qəniyeva