BANK

06 Aprel

Azərbaycanda bu bankın işçilərinin sayı artıb

2020-ci ilin sonunda, aktivlərinin həcminə görə Azərbaycanın ən böyük özəl bankı olan PAŞA Bank və onun törəmə banklarında (PAŞA Bank Türkiyə və PAŞA Bank Gürcüstan) 1312 nəfər çalışıb.

Fins.az-ın məlumatına görə, PAŞA Bankın ötən ilki fəaliyyətinin və 2018-2020-ci illəri əhatə edən Strateji dövrünün nəticələrinə həsr olunan mətbuat konfransında Bankın İdarə Heyətinin Üzvü, Baş Maliyyə İnzibatçısı Bəhruz Nağıyev bildirib ki, ötən il ərzində işçilərin sayı 30 nəfər artıb.

2019-cu ilin sonu ilə müqayisədə 2020-ci ildə PAŞA Bank Azərbaycanın işçilərinin sayı 54 nəfər artaraq 939 nəfərə çatıb. PAŞA Bank Türkiyənin işçilərinin sayı (56 nəfər) dəyişməyib, PAŞA Bank Gürcüstanın işçilərinin sayı isə 24 nəfər azalaraq 317 nəfərə geriləyib.

Ötən il PAŞA Bank qrupunun işçilər üzrə xərcləri 20% artaraq 69 milyon 277 min manat təşkil edib. Bank 2019-cu ildə işçiləri üçün 57 milyon 568 min manat xərcləmişdi.