BANK

05 Aprel

“Gunay Bank” ailəsi ağır itki verib

Bu gün 05.04.2021-ci il tarixində “Günay Bank” ASC-nin İnformasiya Texnologiyaları Departamentinin direktoru Sadıqov Günəl Fikrət oğlu 52 yaşında vəfat edib.

G.Sadıqov yüksək idarəçilik, eyni zamanda peşəkarlıq qabiliyyətlləri olmuş və kollektivimizin dərin rəğbətini qazanmış dəyərli bir insan idi. Amalında olduğu kimi imanında, həmçinin dostluğunda son dərəcə məsuliyyətli və qayğıkeş biri idi. 

O, ümumilikdə hər şeyə xoş bir özünəməxsusluqla yanaşdığı üçün, yanındakı hər bir insana motivasiya verməyi bacarırdı.  

Günəl müəllimin dünyasını dəyişməsi öz ailəsində olduğu qədər, əməkdaşı olduğu “Günay Bank” ailəsində də çox ağır qəbul edilir.

 Onun mehriban salamı, xoş ifadələri və gülərüz siması daim kollektivimizdə anılacaq, xatirəsi əziz tutulacaqdır.

Hər birimiz adından Günəl Sadıqovun doğmalarına və əzizlərinə dərin hüznlə baş sağlığı verir, ALLAHdan ona qəni-qəni rəhmət diləyirik.  

            “Günay Bank” rəhbərliyi və kollektivi