BANK

05 Aprel

Deputatın etirazına cavab olaraq Mərkəzi Bank AÇIQLAMA YAYDI

 “Müstəqil Azərbaycan” mövzusuna həsr edilmiş bu Konsepsiya pul nişanları ayrı-ayrılıqda müxtəlif alt mövzuları - 1 manatlıq pul nişanı “Mədəniyyət və incəsənət”, 5 manatlıq pul nişanı “Yazı və ədəbiyyat”, 10 manatlıq pul nişanı “Tarix”, 20 manatlıq pul nişanı “Qarabağ”, 50 manatlıq pul nişanı “Təhsil və gələcək”, 100 manatlıq pul nişanı “İqtisadiyyat və inkişaf”, 200 manatlıq pul nişanı isə “Modern arxitektura” mövzusunu əhatə edir.

Fins.az xəbər verir ki, bu barədə Mərkəzi bank məlumat yayımlayıb 

Bildilir ki, tədavüldə olduğu 15 il ərzində bu konsepsiya mövzusuna, estetik görünüşünə və mühafizə sisteminə görə aktuallığını saxlamaqdadır.

Bununla belə, beynəlxalq təcrübədən irəli gələrək pul nişanlarımızın təhlükəsizlik sistemlərinin gücləndirilməsi və onun saxtalaşdırılmasına qarşı dayanıqlılığının artırılması məqsədilə Pul İslahatı Komitəsinin müvafiq qərarına əsasən onların dizaynı və mühafizə elementlərinin yenilənməsi həyata keçirilir.

Yenilənmə zamanı dövriyyədə olan pul nişanlarımızın üzərində əks olunmuş və müvafiq nominalın mövzusunu xarakterizə edən əsas dizayn elementləri əsas motiv kimi saxlanılmışdır. Hazırda beynəlxalq təcrübədə mövcud olan son innovasiyalar nəzərə alınmaqla, yenilənmiş 1, 5 və 50 manatlıqlar cari ilin əvvəlindən tədavülə buraxılmışdır.

Bildiririk ki, Mərkəzi Bank Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun əzəli torpaqlarımız olan Qarabağın azadlığı uğrunda apardığı və zəfərlə başa vurduğu Vətən Müharibəsinin yaddaşlara həkk olunması, Vətən Müharibəsi qəhrəmanlarının xatirəsinin əbədiləşdirilməsi və işğaldan azad edilmiş şəhər və rayonlarımızın tarixinin, milli və mədəni irsinin, flora və faunasının tərənnüm edilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə silsilə xatirə pul nişanlarının tədavülə buraxılmasını da planlaşdırır.