BANK

02 Aprel

Deputat 5 manatlığın yeni dizaynını bəyənmir

Deputat Məlahət İbrahimqızı 5 manatlıq yeni əsginazlarda bəzi qədim simvollarının çıxarılmasına etiraz edib.

Fins.az-ın məlumatına görə, deputat Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib ki, köhnə 5 manatlıqlarda qədim simvollarımızın əksəriyyəti var idi: “Bu da Azərbaycan xalqının qədim köklərə malik olduğunu göstərirdi. Ancaq yeni 5 manatlıqlarda demək olar ki, bu rəmzlər çıxarılıb. 

Yalnız Azərbaycanın dövlət himni qalıb. Bu da Azərbaycan ictimaiyyətində narahatlıq yaradır. Ən azı Azıx mağarasının orada əksini tapması yaxşı olardı”.

(c)Qafqazinfo