BANK

01 Aprel

Neft Fondu valyuta satışını azaldıb

Bu ilin mart ayında Azərbaycan Respublikası Neft Fondu (ARDNF) tərəfindən valyuta hərraclarında 397,7 mln. ABŞ dolları məbləğində vəsait satılıb.

 Azərbaycan Mərkəzi Bankı və ARDNF-nin məlumatları əsasında aparılan hesablamalarına görə, bu göstərici fevral ayı ilə müqayisədə 9%, 2020-ci ilin mart ayı ilə müqayisədə isə 4,8 dəfə azalıb.

Cari ilin I rübündə isə Neft Fondu valyuta hərraclarında 1,480 mlrd. dollar məbləğində vəsait satıb ki, bu da 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 46,6% azdır.

Qeyd edək ki, ötən il ərzində Neft Fondu valyuta hərraclarında 7,304 mlrd. dollar məbləğində vəsait satıb. Bu, 2019-cu illə müqayisədə 11% çoxdur. Son bir ildə satışların pik həddi pandemiya ərəfəsində – mart ayına təsadüf edib – 1,928 mlrd. dollar.

(c)APA