BANK

31 Mart

Elman Rüstəmov: Makroiqtisadi sabitlik qorunmuş və iqtisadi azalma minimal olub

2020-ci il ölkəmiz üçün bütövlükdə uğurlu il olmuş, makroiqtisadi sabitlik qorunmuş və iqtisadi azalma minimal olub.

Fins.az xəbər verir ki, Azərbaycanda səfərdə olan Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru cənab Sebastian Molineus ilə Mərkəzi Bankın sədri Elman Rüstəmov arasında görüşdə deyib.

 Görüşdə DB-nin Ölkə ofisinin rəhbəri Sara Maykl da iştirak edib.Görüş zamanı Mərkəzi Bankın sədri E.Rüstəmov ölkəmizin DB ilə uzunmüddətli əməkdaşlığının ölkəmizin sosial-iqtisadi inkişafında əhəmiyyətini vurğulayıb.Sonra ölkədə mövcud iqtisadi vəziyyətdən, o cümlədən maliyyə sektorunda görülən işlərdən danışaraq bildirdi ki, 2020-ci ildə qlobal bazarlarda baş verən mürəkkəb proseslər, neftin qiymətində volatillik, pandemiyanın ölkə iqtisadiyyatı üçün yaratdığı çətinliklər, eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısının alınması istiqamətində aparılan müharibəyə baxmayaraq 2020-ci il ölkəmiz üçün bütövlükdə uğurlu il olmuş, makroiqtisadi sabitlik qorunmuş və iqtisadi azalma minimal olub.

Müəllif:Aynur Qəniyeva