BANK

31 Mart

Xarici vətəndaşların Azərbaycanda bank kartları vasitəsilə əməliyyatlarının həcmi 68% azalıb

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana gələn xarici vətəndaşlar bank kartları vasitəsi ilə 50,5 milyon manatlıq əməliyyat aparıblar.

Fins.az xəbər verir ki,bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.

Məlumata görə 2020-ci ilin yanvar-fevral ayları ilə müqayisədə əməliyyatların həcmi 68% azalıb.

Yanvarda aparılan əməliyyatların həcmi 25 milyon manat fevralda – 25,5 milyon manat olub.

Yanvar-fevralda Azərbaycana 72,1 min turist gəlib ki, bu da 2020-ci ilin yanvar-fevral aylarının göstəricisindən 5,9 dəfə azdır.

2020-ci ilin yekunları üzrə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların həcmi 430,2 milyon manat təşkil edib ki, bu da 2019-cu ilin göstəricisindən 65,8% azdır.