BANK

31 Mart

Azərbaycanda depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 898.5 mln.dollar ARTIB

Hesabat dövründə kreditlər və ssudalar üzrə xalis maliyyə aktivləri 307.1 mln. dollar, xalis maliyyə öhdəlikləri isə 652.1 mln. dollar azalıb.

Fins.az xəbər verir ki,bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı "2020-ci il üzrə Azərbaycan Respublikasının tədiyə balansı"-da məlumat verilib. 

Məlumata görə, kreditlər və ssudalar üzrə xalis maliyyə öhdəlikləri birbaşa dövlət kreditləri 184.7 mln. dollar,dövlət təminatlı kreditlər 267.2 mln. dollar, bank kreditləri 35.9 mln.dollar, neft-qaz sektorunun kreditləri 64.7 mln.dollar, firmaların və digər müəssisələrin kreditləri 99.6 mln.dollar hesabına azalıb.

Məlumat görə, depozitlər və nağd valyuta üzrə xalis maliyyə aktivləri 898.5 mln.dollar artıb, xalis maliyyə öhdəlikləri isə 419.3 mln.dollar azalıb. 

Müəllif: Aynur Qəniyeva