BANK

30 Mart

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən kreditin məbləği AÇIQLANIB

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

İKZF-dən Fins.az-a  bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 32 min 812 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 732 milyon 730,8 min manatdan çoxdur.