BANK

30 Mart

Avro bu il ilk dəfə 2 manatdan aşağı enib

Martın 30-da avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi bu il ilk dəfə olaraq 2 manat səviyyəsindən aşağı enərək 1,9998 manat təşkil edib.

Fins.az  hesablamalarına görə, sonuncu dəfə avronun manata qarşı məzənnəsini bu səviyyəyə ötən ilin 5 noyabr tarixində yaxın olub – 1,9956 manat.

Qeyd edək ki, 2021-ci ilin yanvarın 7-də avronun manata qarşı məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimuma yeniləmişdi. Həmin tarixdən avro manata nisbətdə 4,6% dəyər itirib.

(c)APA