BANK

30 Mart

Türkiyədə dollar BAHALAŞDI

Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) Sədr müavini Murad Çetinkaya Prezident Rəcəb Tayyib Ərdoğanın fərmanı ilə vəzifəsindən azad edilib. Prezidentin digər fərmanı ilə, Sədr müavini vəzifəsinə Mustafa Duman təyin edilib.

Fins.az xəbər verir ki, fərmanlardan sonra Türk Lirəsi təxminən 0,8% ucuzlaşıb. Dollar/TL məzənnəsi 8,28-in üstünü test edib.

Bir neçə gün öncə TCMB-nin sədri dəyişdirilmiş, bu zaman da Türk lirəsi kəskin ucuzlaşmışdı. İnvestorlar yeni komandanın tezliklə faiz azaldacağından narahatdır.