BANK

30 Mart

Türkiyə Mərkəzi Bankının sədr müavini də işdən çıxarıldı

Türkiyə Mərkəzi Bankının sədr müavini Murad Çətinkaya işdən çıxarılıb.

Fins.az xəbər verir ki, bu barədə Rəcəb Tayyib Ərdoğan qərar imzalayıb.

M.Çətinkayanın yerinə Mustafa Duman təyinat alıb.

Qeyd edək ki, martın 20-də Türkiyə Mərkəzi Bankının sədri (TCMB) Naci Ağbal vəzifəsindən azad edilib. Sözügedən vəzifəyə keçmiş millət vəkili Şahap Kavcıoğlu təyin olunub.