BANK

29 Mart

Sahibkarlara verilən güzəştli kreditlərin həcmi açıqlandı

Azərbaycanda 2002-2020-ci illərdə sahibkarlara verilən güzəştli kreditlərin həcmi açıqlanıb.

Fins.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter hesabında paylaşım edib.

Nazir bildirib ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən investisiya layihələrinin ümumi dəyəri 5,9 milyard manat olan 38 mindən artıq sahibkara 2,6 milyard manat güzəştli kredit verilib:

“173 mindən çox yeni iş yerinin açılması imkanı yaradılıb”.