BANK

29 Mart

Azərbaycanda quraşdırılan bankomatların sayı ARTIB

Azərbaycanda banklar tərəfindən 2,747 min ədəd bankomat quraşdırılıb ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 1,2% çoxdur. 

Bu barədə Fins.az-a Azərbaycan Mərkəzi Bankından məlumat verilib 

Məlumata görə,martın 1-nə Bakıda 0,7% daha çox 1,439 min ədəd, bölgələrdə 1,7% çox 1,308 min ədəd bankomat quraşdırılıb.

2021-ci il martın 1-nə respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 57,655 min ədəd təşkil edib ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 0,9% çoxdur.

Bununla yanaşı, Bakıda 0,6% artaraq 37,854 min ədəd, regionlarda 1,6% artım 19,801 min ədəd pos-terminal quraşdırılıb.

Pərakəndə ticarət obyektlərində 56,351 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,7%-i quraşdırılıb.