BANK

29 Mart

Avropa bankı: 2021-ci ildə Azərbaycan ÜDM-in artımı - 2% olacaq

Avropa Yenidənqurma Və İnkişaf Bankı 2021-ci ildə Azərbaycanda ÜDM-in artımını 2% səviyyəsində proqnozlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə  bankdan məlumat verilib.

“AYİB neftin qiymətinin təshih edilməsi ilə əlaqədar 2021-ci ildə Azərbaycanda ÜDM-in artımını 2% səviyyəsində proqnozlaşdırır”, - məlumatda qeyd olunur.

2021-ci ildə İqtisadiyyat Nazirliyi ÜDM-in 3,4% səviyyəsində artım proqnozlaşdırır.

2020-ci ildə Azərbaycanda ÜDM-in azalması COVİD-19 ilə bağlı məhdudiyyətlər və OPEC+ çərçivəsində neft hasilatının azalması ilə əlaqədar 4,3% təşkil edib.

(İnterfaks)