BANK

29 Mart

Azərbaycanın bank sektorunun xalis mənfəəti 25% azalıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın bank sektoru  73,1 mln. manat həcmində xalis mənfəət əldə edib.

Azərbaycan Mərkəzi Bankından (AMB) verilən məlumata görə, bank sektorunun xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 25,3% azalıb.

Hesabata əsasən, yanvar-fevralda bankların xalis faiz gəliri 227,2 mln. manat, qeyri-faiz gəlirləri isə 104,8 mln. manat təşkil edib.

(c)APA