BANK

29 Mart

Avronun manata qarşı məzənnəsi beşaylıq minimuma enib

Martın 29-da avronun Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 2,0032 manata enib. Bu, son beş ayda qeydə alınan ən aşağı göstəricidir.

Fins.az xəbər verir ki, hesablamalara görə, sonuncu dəfə avronun manata qarşı məzənnəsinin bundan aşağı səviyyəsi 2020-ci ilin noyabrın 12-də qeydə alınıb – 2,0009 manat.

Qeyd edək ki, 2021-ci ilin yanvarın 7-də avronun manata qarşı məzənnəsi 2,0958 manata çataraq 32 aylıq maksimumu yeniləmişdi. Həmin tarixdən avro manata nisbətdə 4,4% dəyər itirib.

Xatırladaq ki, Mərkəzi Bankın bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 türk lirəsi 0,2105 manata, 1 Rusiya rublun məzənnəsi isə 0,0224 manata enib.

(c)APA