BANK

19 Mart

Elman Rüstəmov Pakistanın Azərbaycandakı səfiri ilə görüşüb

Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov ilə Pakistan İslam Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Bilal Hayee arasında görüş keçirilib

Fins.az xəbər verir ki, görüş zamanı iki dost ölkə arasında strateji əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyi qeyd edilmiş, eyni zamanda iqtisadi əlaqələrin, xüsusilə maliyyə-bank sektorları arasında əlaqələrin genişlənməsinin vacibliyi və əhəmiyyəti bir daha vurğulanıb.

Məlumatda  "Mərkəzi Bankın sədri Elman Rüstəmov cənab Prezident İ.Əliyevin rəhbərliyi altında ölkədə aparılan iqtisadi islahatlar barədə ətraflı məlumat verməklə bərabər, Azərbaycan maliyyə sektorunun sabit və davamlı fəaliyyəti və inkişafı istiqamətində həyata keçirilən geniş layihələr barədə səfirə ətraflı məlumat verdi" -deyə bildilir.

Səfir Bilal Hayee öz növbəsində hər iki ölkə arasında əlaqələrin səviyyəsindən məmnunluğunu qeyd edərək, Pakistan və Azərbaycan arasında mövcud əməkdaşlığın və əlaqələrin intensivliyinin daha da artırılmasının və gələcəkdə uğurla davam etdirilməsinin vacibliyinə diqqət çəkdi. Eyni zamanda hər iki ölkənin maliyyə-bank sektoru arasında əməkdaşlığın daha da genişləndirilməsinin ölkələrimizin iqtisadi inkişafına öz müsbət töhfəsini verəcəyini qeyd edib.

Müəllif:Aynur Qəniyeva