BANK

19 Mart

Banklararası Kart Mərkəzi vasitəsi ilə aparılan əməliyyatların həcmi -MƏBLƏĞ 

2020-ci il ərzində Banklararası Kart Mərkəzi (BKM) üzərindən 53.2 mln. kart əməliyyatı aparılmış, əməliyyatların həcmi 2752 mln. manat, 14.6 mln. ABŞ dolları, 3.1 mln. avro təşkil edib

Fins.az xəbər verir ki, 2019-cu il ilə müqayisədə sistemdə emal olunan əməliyyatların ümumi sayı 2.4 dəfə, həcmi isə manat üzrə 2 dəfə, ABŞ dolları üzrə 42%, avro üzrə 4% artıb 

Məlumata görə,ölkə qanunvericiliyi ilə yanaşı beynəlxalq təcrübədə də ödəniş kartları üzrə məlumatlar həssas informasiya hesab edildiyindən onların emalı, saxlanılması və ötürülməsi ilə məşğul olan təşkilatlara yüksək təhlükəsizlik tələbləri müəyyənləşdirilir. Bu səbəbdən BKM vasitəsilə ötürülən kart məlumatlarının təhlükəsizliyi və biznes proseslərin davamlılığının ən yüksək səviyyədə təmin olunması məqsədilə sistemin beynəlxalq PCI DSS – “Payment Card Industry Data Security Standards” (Ödəniş kartı sahəsində məlumatların təhlükəsizliyi standartları) tələblərinə uyğunluğu üzrə illik əsasda təşkil olunan növbəti audit həyata keçirilmişdir. Audit yoxlamaları nəticəsində BKM infrastrukturunun ən son PCI-DSS v3.2.1 standartlarının şərtlərinə tam cavab verdiyi bir daha təsdiq edilib.

Qeyd edək ki, PCI-DSS standartları beynəlxalq kart təşkilatları tərəfindən ödəniş kartları üzrə risklərin idarə olunması məqsədilə 2006-cı ildə təsis edilmiş “PCI Security Standards Council” (Ödəniş kartı sahəsində Təhlükəsizlik Standartları Şurası) tərəfindən müəyyənləşdirilmişdir. Sözügedən standartlar ödəniş kartlarında təhlükəsizlik siyasəti, prosedur və qaydaların qiymətləndirilməsi üçün mühüm tələbləri və çoxsaylı direktivləri özündə ehtiva edir.