BANK

19 Mart

Mərkəzi Bank şəhid və qazi ailələrinə dəstək olub

Mərkəzi Bank da milli həmrəyliyə qoşularaq dövlət tərəfindən həyata keçirilən dəstək tədbirlərində yaxından iştirak edir.
Fins.az xəbər verir ki, bu istiqamətdə görülən sosial tədbirlərin davamı olaraq xalqımızın əziz bayramı olan - Novruz bayramı münasibətilə ümumilikdə 120 şəhid və qazi ailəsinə, o cümlədən Cəbrayıl rayonundan 35 şəhid və 25 qazi ailəsinə, Quba rayonundan 48 şəhid və 12 qazi ailəsinə bayram sovqatları təqdim edilmişdir.