BANK

19 Mart

Larinin manata qarşı məzənnəsi beşaylıq minimuma enib

Martın 19-da Gürcüstan larisinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,5101 manata enib. Bu göstərici son beş ay ərzində qeydə alınan ən aşağı göstəricidir.

Fins.az hesablamalarına görə, bundan əvvəl larinin manata qarşı məzənnəsinin ən aşağı səviyyəsi 2020-ci ilin noyabrın 6-da qeydə alınmışdı – 0,5 manat.

Qeyd edək ki, son 5 ildə larinin manata qarşı məzənnəsi ən yüksək həddə 2016-cı ilin avqustun 22-də çatmışdı – 0,7179 manat, ən aşağı səviyyəsi isə 2020-ci ilin noyabrın 6-da qeydə alınmışdı – 0,5 manat.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat təşkil edib, 1 türk lirəsi 0,2319 manata yüksəlib, 1 avro 2,0261 manata, 1 Rusiya rublun məzənnəsi isə 0,0229 manata enib.

(c)APA