Türk Lirəsi, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) faiz qərarından sonra bahalaşıb.
Fins.az xəbər verir ki, TCMB-nin 1 bənd faiz artıracağı proqnozlaşdırılsa da, 2 bənd artırıb və faizi 17%-dən 19%-ə yüksəlib.
Qərardan sonra Dollar/TL məzənnəsi 2%-dən çox düşüb və 7,33 səviyyəsinin altı test edilib.
İnflyasiyanın yüksələ biləcəyi riskləri nəzərə alınaraq faiz artırılıb.
Türkiyə Mərkəzi Bankı lazım olması vəziyyətində pul siyasətini daha da sərtləşdirə biləcəyini bəyan edib.