BANK

18 Mart

Daşınmaz əmlakın tikintisi və alınması üzrə kreditlərin həcmi - Tarixi Rekordu Yeniləyib

Bu ilin fevralın 1-nə Azərbaycanda daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) kredit qoyuluşlarının həcmi 2,120 mlrd. manat təşkil edib.

Fins.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının verdiyi məlumata görə, bu, indiyədək qeydə alınmış ən yüksək göstəricidir. Son bir ayda sözügedən kreditlərin həcmi 1,3%, son bir ildə isə 10,2% artıb. Daşınmaz əmlakın tikintisinə və alınmasına yönəldilən kreditlər ümumi ölkə üzrə kredit qoyuluşlarının 14,5%-ni təşkil edib.

Qeyd edək ki, 2021-ci ilin martın 1-nə İpoteka və Kredit Zəmanət Fondu 32 326 şəxsə 1 696 943 791 manat məbləğində ipoteka krediti verib. (Apa)