BANK

18 Mart

“Səba” ASC 80 hektardan çox toprağı girov qoyaraq \"Xalq Bank\"-dan kredit götürür

“Səba” ASC-nin istifadəsindəki Şabran şəhəri ərazisində dövlət torpaqları kateqoriyasına daxil olan 80.8238 hektar ehtiyat fondu təyinatlı torpaq sahəsi üzərində istifadə hüququnun ASC “Xalq” bankı ilə (bundan sonra” bank” adlandırılacaq) “SƏBA” ASC arasında bağlanmış kredit xətti müqaviləsi,kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə bankın xeyrinə girova qoyulur

Fins.az xəbər verir ki, bu barədə “Səba” ASC-dən məlumat verilib

Məlumata görə,“SƏBA” ASC direktorlar şurasının qərarına əsasən “SƏBA” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Bildilir ki, ümumi yığıncaqda Səba” ASC-nin adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ,1040553 nömrəli çıxarışa əsasən (qeydiyyat nömrəsi 2817005652 və qeydiyyat tarixi 8 aprel 2017-ci il) Şabran şəhəri ərazisində “Səba” ASC-nin istifadəsindəki dövlət torpaqları kateqoriyasına daxil olan 80.8238 hektar ehtiyat fondu təyinatlı torpaq sahəsi üzərində istifadə hüququnun ASC “Xalq” bankı ilə (bundan sonra” bank” adlandırılacaq) “SƏBA” ASC arasında bağlanmış 16 fevral 2021-ci il tarixli DKM/100001600179921 saylı kredit xətti müqaviləsi, 19 fevral 2021-ci il tarixli DKM/100001600187621 saylı kredit müqaviləsi və 4 mart 2021-ci il tarixli DKM/100001600233021 saylı kredit xətti müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə bankın xeyrinə girova qoyulması, “Səba”ASC-nin direktorlar şurası barədə müzakirələr aparılacaq.

Müəllif:Aynur Qəniyeva