11 mart 2021-ci il tarixində, “Muğanbank” ASC-nin kapital mövqeyinin möhkəmləndirilməsi məqsədilə Səhmdarların Ümumi Yığıncağı keçirilmişdir. İclas zamanı yeni səhmlərin emissiya edilməsi yolu ilə bankın nizamnamə kapitalının 5 mln manat artırılması qərara alınmışdır.
Fins.az xəbər verir ki, bununla əlaqədar, hər birinin nominal dəyəri 200 AZN olan 25000 ədəd adi, sənədsiz, adlı səhmlərin emissiyasının dövlət qeydiyyatına alınması üçün qərar verilmişdir. Yerləşdirmədən sonra “Muğanbank” ASC-nin nizamnamə kapitalı 102,
5 mln manatdan 107,5 mln manata çatdırılacaq.
Müəllif: Aynur Qəniyeva