“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.
Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb
Məlumata görə, Mərkəzi Bank tərəfindən ödəniş təşkilatları, elektron pul təşkilatları kimi digər bank olmayan ödəniş xidməti təchizatçıları üzərində tənzimləmə və nəzarətin hüquqi və iqtisadi əsaslarını müəyyən edən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Qanun layihəsinə müasir çağırışlara müvafiq olaraq açıq bankçılığın (Open Banking) hüquqi aspektləri və FinTexlərə yeni məhsul və xidmətləri təklif etməyə imkan verən tənzimləyici test rejiminin (Sandbox) tətbiqi üzrə müddəalar daxil edilib.
Həmçinin məlumatda "Qanun layihəsi ödəniş bazarında innovasiya və səmərəliliyi dəstəkləməklə yanaşı, ödəniş xidməti təchizatçıları üçün əlverişli bazar şəraiti yaratmaqla yüksək rəqabətliliyin formalaşmasına imkan verəcəkdir. Hazırda Qanun layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir."-deyə qeyd edilib.
Müəllif: Aynur Qəniyeva