BANK

16 Mart

Azərbaycanda banklara dollar satıldı

16 mart 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Fins.az xəbər verir ki, hərracda tələb 55 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.

Xatırladaq ki, 11 Mart 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 62,3 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.

2021-ci ilin əvvəlindən bu yana keçirilmiş 19 valyuta hərracında 1 milyard 344,5 milyon dollar satılıb.

Qeyd edək ki, hərracda kommersiya bankları iştirak edə bilər.