BANK

16 Mart

Kart Mərkəzi vasitəsilə 53,2 milyon kart əməliyyatı aparılıb

2020-ci il ərzində Banklararası Kart Mərkəzi (BKM) üzərindən 53,2 milyon kart əməliyyatı aparılıb.

Azərbaycan Mərkəzi Bankından fins.az-a bildirilib ki, milli valyutada əməliyyatların dəyəri 2,8 milyard manat, xarici valyutada isə 14,6 milyon ABŞ dolları və 3,1 milyon avro təşkil edib. 2019-cu illə müqayisədə sistemdə emal olunan əməliyyatların ümumi sayı 2,4 dəfə, həcmi isə manat üzrə 2 dəfə, ABŞ dolları üzrə 42 faiz, avro üzrə 4 faiz artıb.