BANK

15 Mart

\"Rusiya Mərkəzi Bankı faizini artıracaq\"

Rusiya Mərkəzi Bankının pul siyasətini sürətli şəkildə sərtləşdirəcəyi bildirilir.

Fins.az xəbər verir ki, bunu Bloomberg-ə məsələ haqqında məlumata malik mənbə bildirib.

Mənbənin sözlərinə görə, bank, ilin sonuna qədər pul siyasəti faizini 1,25 bənd və ya daha çox artıra bilər.

Məlumata görə, inflyasiyada yaşanan yüksəliş və hökumətin xərclərinin artması ilə əlaqədar olaraq Mərkəzi Bank faizini bir neçə mərhələdə 5,5%-ə ya da 6%-ə qaldıra bilər.

Hazırda Rusiya Mərkəzi Bankının faizi 4,25% səviyyəsindədir. 

Pul siyasətini sərtləşdirmək yolunda beləsi sürətli addım atılması halında, bu, daha əvvəl iqtisadiyyatdakı toparlanmanı qorumaq üçün pul siyasətindəki dəstəkləyici duruşunu 2022-ci il ərzində davam etdirəcəyini açıqlayan bank üçün dramatik bir geri dönüş mənasını verəcək.

Bloomberg-in sorğusuna qatılan iqtisadçılar bu il Rusiya Mərkəzi Bankının 0,50 bənd faiz artıracağını gözləyirlər.