BANK

15 Mart

Mir Camal Paşayev \"Paşa Bank\"ın - Səhmdarı Oldu

“PAŞA Bank” ASC-nin səhmlərinin 15 %-nə nəzarət edən Arif Paşayev payının 5 %-lik hissəsini Bankın Müşahidə Şurasının sədri Mir Camal Paşayevə ötürüb.

Fins.az xəbər verir ki, bu barədə “PAŞA Bank”a istinad edilir.

Məlumata görə, Bankın səhmlərinin qalan hissəsi əvvəlki qaydada “PAŞA Holdinq” (56,8 %) və “Ador” (28,2 %) MMC-lərə məxsusdur.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 354,512 milyon manatdır. (Report)