BANK

15 Mart

Beynəlxalq Bankda - YENİ TƏYİNAT

Ölkənin ən böyük bankı Azərbaycan Beynəlxalq Bankının şöbələrindən birinə yeni müdir təyin edilib.

Fins.az xəbər verir ki, Nurxan Babayev Daxili kommunikasiya şöbəsinin müdiri təyin edilib. O, bu vəzifənin icrasına 2021-ci ilin martından start verib.

N.Babayev ABB-yə 2020-ci ilin mayında gəlib.

O, 2019-cu ilin oktyabrından 2020-ci ilin mayına qədər isə “Bank VTB (Azərbaycan)” QSC-nin İşçi heyətinin inkişafı, təlimi və motivasiyası şöbəsinin müdiri idi.

(c) banker