BANK

15 Mart

Expressbank-da yeni təyinat

Expressbank-da daha bir peşəkarın təyinatı baş verib.

Fins.az xəbər verir ki, Roma Əliyev Ödəniş sistemlərinin idarəedilməsi departamentinə direktor təyin edilib.

Roma Əliyevin bank sahəsində 20 ildən artıq təcrübəsi var. O, 2011-ci ildən Bank BTB-də Əməliyyat Departamentinin direktoru vəzifəsində çalışıb.

Daha öncə isə Bank Standard-da 13 illik fəaliyyəti zamanı o, Əməliyyat Departamentinin Plastik kartlar şöbəsinin müdiri olub.