BANK

15 Mart

400-ə yaxın vətəndaşın pozulmuş əmanətçi hüquqları bərpa olunub

2020-ci ildə Mərkəzi Banka müraciət etmiş 392 vətəndaşın pozulmuş əmanətçi hüquqları bərpa olunmuşdur.

Bu barədə fins.az-a Mərkəzi Bankdan məlumat verilib. 

Qeyd edilib ki, 35 vətəndaşın müraciəti üzrə Mərkəzləşdirilmiş Kredit Reyestrinə səhv təqdim edilmiş məlumatlarda dəyişiklik edilməsi üçün zəruri tədbirlər görülmüşdür.

Bununla yanaşı, 2020-ci il üzrə ümumilikdə 1 milyon manat məbləğində sığorta ödənişinin zərərçəkmiş şəxslərə ödənilməsinə nail olunmuşdur.

Kapital bazarları sektoru üzrə isə 43 inzibati xəta haqqında protokol tərtib edilib.