BANK

15 Mart

Türkiyə Mərkəzi Banknın mənfəəti azalıb

Türkiyə Mərkəzi Bank (TCMB) 31 dekabr 2020-ci il tarixində sona çatan 89-cü hesabat dövrü balansını Rəsmi Qəzetdə dərc etdirib.

Fins.az  xəbər verir ki, TCMB keçən il 34 milyard 497,9 milyon TL mənfəət əldə edib. Mərkəzi Bankın 2019-cu ildə mənfəəti 44 milyard 732,8 milyon TL olaraq açıqlanmışdı.

TCMB-nin cəmi aktivləri 1 trilyon 244,0 milyard TL təşkil edib.