BANK

15 Mart

Azərbaycan Mərkəzi Bank faiz dərəcəsini olduğu kimi saxlayacaq - PROQNOZ

Monetar siyasətin əsas hədəflərindən biri inflyasiya, digəri isə iqtisadi aktivlik və məşğulluq təşkil etdiyi üçün faiz dərəcəsinin olduğu kimi saxlanılcağını proqnoz etmək olar.

Fins.az xəbər verir ki, bunu Unicapital investisiya şirkətinin analitiklərinin həftəlik analizində qeyd olunub

Analitiklər "Mərkəzi Bank sonuncu görüşü zamanı fiskal siyasətin dəstəyi ilə məcmu tələbin artması gözləntiləri fonunda öz inflyasiya gözləntilərini bu ilin sonuna 4% olaraq proqnozlaşdırıb. Bu isə Mərkəzi Bankın hədəflədiyi səviyyədir. Eyni zamanda, bu ilin ilk 2 ayı üçün iqtisadi artımın geriləməsi, artacaq inflyasiya gözləntiləri fonunda uçot faiz dərəcəsinin kəskin azaldılması ehtimalı aşağı görünür. 19 mart növbəti görüş zamanı Mərkəzi Bankın bu müddət ərzində inflyasiya və digər qlobal, regional və iqtisadi amillərin necə dəyişəcəyini izləyərək, qərar verəcəyi gözlənilir.-deyə qeyd ediblər. 

Onlar həmçinin qərarla bağlı proqnozunu açıqlayaraq "Monetar siyasətin əsas hədəflərindən biri inflyasiya, digəri isə iqtisadi aktivlik və məşğulluq təşkil etdiyi üçün faiz dərəcəsinin olduğu kimi saxlanılcağını proqnoz etmək olar. Qeyd edək ki, faiz dərəcəsinin azalması üçün ehtimal azalsa da, növbəti addımlar daha çox iqtisadi aktiviyin necə davam edəcəyindən asılı olacaq"-deyə bildirib.

Müəllif: Aynur Qəniyeva