“TCF” BOKT Açıq Səhmdar Cəmiyyəti 2020-ci ili 88 min 293 manat xalis mənfəət ilə başa vurub. Halbuki, BOKT 2019-cu ili 132 min 80 manat zərər ilə bağlamışdı.
Fins.az “TCF” BOKT-ın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, 2019-cu ildə 24 min 967 manat təşkil etmiş faiz gəlirləri 2020-ci ildə 21 dəfədən çox artaraq 528 min 356 manat olub.
2019-cu illə müqayisədə 2020-ci ildə müştərilərə verilmiş kreditlər 4 dəfəyə yaxın artaraq 2 milyon 747 min 815 manata çatıb.
31 Dekabr 2020-ci il tarixində “TCF” BOKT 3 milyon 159 min 937 manat cəmi aktivlərə malik olub. Təşkilat 2019-cu ilin sonunda 729 min 248 manat cəmi aktivlərə malik idi.
Ötən il “TCF” BOKT-ın maliyyə sektoru qarşısında öhdəlikləri 105 dəfə artaraq 2 milyon 103 min 21 manata yüksəlib.
Ötən ilin sonunda TCF” BOKT-un nizamnamə kapitalı 450 min manat təşkil edib.